![Redaktorun ölkədən çıxına qadağa götürüldü](https://turan.az/resized/media/2019/main/080300020699-750-500-resize.webp)
Redaktorun ölkədən çıxına qadağa götürüldü
Bakı/03.08.19/Turan: Gununsesi.org saytın redaktoru Pərviz Həşimlinin bir il əvvəl ölkədən çıxışına qoyulduğu məhdudiyyət götürüldü.
Bu barədə Turana bildirən Həşimlinin sözlərinə görə, ona Bakı Şəhər Prokurorluğunun rəhbərliyindən zəng vurub bildirdilər ki, ölkədən sərbəst çıxa bilər. "Mənə heç bir məhkəmə qərarə olmadan məhdudiyyət qoydular. Ötən müddət ərzində 2 dəfə AŞPA-nın sessiyalarına, beynəlxalq tədbirlərə dəvət alsam da qoyulan məhdudiyyətə görə iştirakım mümkünsüz idi".
2018-ci ilin iyulun 3-də Gəncə şəhərin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsdindən və Gəncə hadisələrindən sonra Bakı Şəhər Prokurorluğu Pərviz Həşimlini şahid qismində açılmış cinayət işinə cəlb etdi, rəhbərlik etdiyi gununsesi.info saytına blok qoyuldu, özünün ölkədən çıxışına qadağa qoyuldu. -21b--
-
- Sosial sahə
- 3 Avqust 2019 13:48
-
- Maliyyə
- 5 Avqust 2019 11:01
Cəmiyyət
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
Rəy yaz