![Rüfət Səfərov](https://turan.az/resized/media/2019/main/020300016535-750-500-resize.webp)
Rüfət Səfərov
Rüfət Səfərov müvəqqəti buraxıla bilər
Bakı/03.02.19/Turan: Hüquq-mühafizə sistemindəki vəziyyəti tənqid etdiyinə görə haqqında cinayət işi açılan və 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərov-un nənəsi vəfat edib.
Keçmiş müstəntiqin yas marasiminə qatıla bilməsindən ötrü, qanunvericiliyə uygun müvəqqəti sərbəst buraxılması məqsədi ilə bu gün, fevralın 3-də ədliyyə nazirinə və Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediləcəyi gözlənir.
Bu barədə Azadlıq Radioosuna Rüfət Səfərovun vəkili Bəhruz Bayramov bildirib. Vəkil vurğulayıb ki, bu gün, fevralın 3-ü bazar günü olduğundan məktubu və ölüm kağızını poçt vasitəsilə göndərəcəklər:
"Bazar ertəsi isə teleqram vuracaqlar,Ümid edirik ki, Rüfət Səfərova nənəsinin yas mərasimində iştirak üçün icazə veriləcək".
Rüfət Səfərovun nənəsi dünən, fevralın 2-də vəfat edib.
Bu barədə Rüfət Səfərovun atası, Hakim "Yeni Azərbaycan" Partiyasından keçmiş deputat, bir müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sabiroğlu öz "Facebook" səhifəsində yazıb.O vurğulayıb ki, R. Səfərovu nənəsi saxlayıb.
Bu məsələyə, hələlik, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət rəsmilərindən münasibət almaq mümkün olmayıb.
R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemindəki vəziyyəti tənqid edərək bu sistemdən çıxdığını bildirib. Həmin vaxta kimi R.Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi idi.
2015-ci il dekabrın sonunda R.Səfərov saxlanıb və təkrar rüşvət almaqda təqsirli bilinərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.
R.Səfərov ittihamı qəbul etmir.-0-
-
- Söz istəyirəm
- 3 Fevral 2019 12:58
Cəmiyyət
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
Rəy yaz