![Şərti cəza çəkən fəal polisə çağırılır](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Şərti cəza çəkən fəal polisə çağırılır
Bakı/09.12.19/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Nəsirli Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə çağırılıb.
Bu barədə o özü Facebook səhifəsində yazıb.
Vəziyyətin qəribəliyi ondadır ki, Nəsirli şərti cəza çəkir və onun yaşayış yeri üzrə qeydiyyatda olduğu rayonun ərazisini məhkəmə icraçılarının icazəsi olmadan tərk etməsi qadağandır.
Qeyd edək ki, Ruslan Nəsirli AXCP-nin "qanunsuz maliyyələşdirilməsi haqqında" cinayət işinin fiqurantı idi və şərti cəza almışdı. -21B-
Cəmiyyət
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
Rəy yaz