Siyasi mühacir qardaşının uydurma ittihamla həbsindən danışır
Bakı/21.12.17/Turan: Siyasi mühacirətdə olan "Uşaq evlərinə qayğı" QHT-nin rəhbəri Sahib Teymurov qardaşının qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edildiyini bildirib. Bu barədə o, öz facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, dekabrın 7-də heç bir səbəb olmadan qardaşı Tahir Teymurov həyat yoldaşı, qızı və oğlu ilə birlikdə Bərdə rayon polis şöbəsinə aparılıb. Onlara Sahib Teymurovdan imtina etmələri üçün təzyiq göstərilib.
Bundan sonra qardaşı uşaqları Sahib Teymurovun nəşrlərinə şərhlərdə onun vətən xaini olduğunu, ona nifrət etdiklərini yazıblar.
Sahib Teymurovun qardaşı Tahir dekabrın 8-də yenidən polisə çağırılıb və dekabrın 21-nə qədər ondan xəbər olmayıb.
Bu gün məlum olub ki, onun maşınında 5 qr heroin "tapılıb" və narkotik yaymaq ittihamı ilə həbs edilib.
Məhbusu Gəncə istintaq təcridxanasına aparıblar. Onun hüquqlarını dövlət vəkili müdafiə edir.
Sahib Teymurov qardaşının həbsində Azərbaycan rəhbərliyini ittiham edir.
Sahib Teymurovun sözlərinə görə, ona Facebook-da tənqidi statuslar yazmağa son qoyması üçün təzyiq göstərilir. Amma Sahib Teymurov fəaliyyətini dayandırmayacağını bildirib.
Sahib Teymurov həmçinin qeyd edir ki, İnternetdə Şəki Uşaq Evinin işgəncələrdən danışan şagirdi ilə müsahibənin videosunu internetdə yaydığına görə həbsinin "hazırlanması" ilə əlaqədar ölkəni tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Sahib Teymurov 2007-ci ildə cinsi istismara məruz qalan yetkinlik yaşına çatmamış QİÇS xəstəsi olan qızla bağlı məlumatı ictmailəşdirdikdən sonra həbs edilmişdi.
Dövlət tərəfindən təyin edilmiş vəkil Seymur Zeynalov Turan-a bildirib ki, Tahir Teymurov Bərdədə həbs olunub və ona qarşı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, Gəncə təcridxanasına etap edilib.
İstintaqın məlumatına görə, T.Teymurovda 4 qram heroin aşkarlanıb.
Vəkil S. Zeynalov bildirib ki, T.Teymurov etirafedici ifadə verib.
T.Teymurovu 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.06D-
-
- İqtisadiyyat
- 21 Dekabr 2017 13:56
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz