Təhqir edilmiş ukraynalı qadınlar �Buta Airways�in uçuşlarına qadağa qoyulmasına çağırıblar
Kiyev/26.10.17/Turan: Oktyabrın 24-də Brispol aeroportunda "seks ovçusu" "Buta Airways"in "Bakı-Kiyev" reysi ilə gələn kişiləri "salamlayıb".
Aksiya AZAL-ın törəmə şirkətinin Kiyevdə seks-turları təbliğ etməsinə cavab olub. Belə ki, bundan öncə Buta-nın reklamında azərbaycanlı kişilər münasib seks xidmətləri üçün Kiyevə dəvət olunub.
"Femen" qadın hərəkatının fəalı öz xarici görkəmi və yarıçılpaq vəziyyətilə bu reklama etirazını bildirib.
"Femen" Ukrayna hakimiyyətindən tələb edib ki, şirkət rəhbərliyi Ukrayna qadınlarından rəsmi üzr istəməyənə qədər Buta Airways-in Ukraynaya uçuşları qadağan edilsin.
Azal və Buta hələlik buna reaksiya verməyiblər.02D-
Cəmiyyət
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz