Vəkilə Bayram Məmmədovla görüş verməyiblər
Bakı/01.04.19/Turan: Aprelin 1-də vəkili Elçin Sadıqova Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında NİDA hərəkatının fəalı Bayram Məmmədovla görüş verməyiblər.
Martın 30-da ona polisin qanuni əmrinə tabe olmamaq maddəsilə 30 sutka inzibati cəza verilib.
Vəkilin sözlərinə görə, həbsxana rəhbərliyi bunu müəssisədə sanitariya işləri aparılası ilə əsaslandırıblar. Vəkilə deyiblər ki, yalnız aprelin 3-də Məmmədovla görüşə bilər.
Sadıqov da həbs üçün müraciət etməyib, çünki qərarın mətni ilə təmin olunmayıb. Sadıqov məhkəmənin qərarından apelyasiya şikayəti verə bilməyib. Səbəb budur ki, hələ məhkəmə qərarı müdafiə tərəfinə təqdim olunmayıb.
Xatırladaq ki, Bayram Məmmədov və Qiyas İbrahimov 2016-c il mayın 10-da keçmiş prezident Heydər Əiyevin heykəli üzərinə yazı yazdığına görə həbs ediblər. Hər ikisini külli miqdarda narkotik maddənin dövriyyəsində təqsili bilərək 10 il müddətinə azadlqıdan məhrum ediblər. . 2019-cu il martın 16-da əfv fərmanı ilə azadlığa çıxıblar.
Amnesty International İnsan Hüquqları Təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb. Hər ikisi bu ilin 16 martında əfv edilib.
Sərbəst buraxıldıqdan sonra B.Məmmədov media və ictimai şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edib. -21B -
-
- İqtisadiyyat
- 1 Aprel 2019 14:26
-
- İqtisadiyyat
- 1 Aprel 2019 15:45
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz