![Xalq Hərəkatının iki fəalından xəbər yoxdur](https://turan.az/resized/media/2019/main/052400019162-750-500-resize.webp)
Xalq Hərəkatının iki fəalından xəbər yoxdur
Bakı/24.05.19/Turan: Vəkil Yavər Hüseynin müdafiə etdiyi Azərbaycan Xalq Hərəkatının (AXH) fəalları İlyas Abdullayev və Yavər Mikayılov ilə görüşünə hələ də icazə verilməyib. Onlar mayın 18-də saxlanılıb. Bu barədə Turan-a Yavər Hüseynin özü bildirib.
"Hər iki şəxsin Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlandığını güman etməyə əsaslarım var. Mən müdafiə etdiyim şəxslərə qarşı ittiham irəli sürülüb-sürülməməsi barədə məlumatsızam. Çünki artıq bir neçə dəfə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edərək saxlanılan şəxslərin taleyinə aydınlıq gətirilməsini xahiş etmişəm. Bu qurumlardan müdafiə etdiyim şəxslərin harada saxlanılması və barələrində hansı tədbirlərin görülməsi barədə rəsmi cavab ala bilmirəm. Nəzarət qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət etmişəm. Lakin məhkəmə də hələ müraciətimə baxmır", - vəkil bildirib.
AXH son günlər iyirmiyədək fəalının saxlanılması ilə bağlı məlumat yayıb. Qurum fəallarının saxlanmasının Bakı meriyasına mayın 25-də mitinq keçirməklə bağlı Bakı meriyasına müraciəti ilə əlaqəli olduğunu iddia edir. Bakı meriyası mitinqə razılıq vermədikdən sonra hərəkatlın bütün fəalları azadlığa buraxılıb. Yalnız iki nəfər, İlyas Abdullayev və Yavər Mikayılov hələ də həbsdə saxlanılır.
Rəsmi qurumlar AXH fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıblar. Rəsmi Bakı isə bir qayda olaraq insanların siyasi baxışlarına görə təqib olunmadığını bildirir.
Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-da təsis olunub. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev), Gələcək Azərbaycan Partiyası (lideri Ağasif Şakiroğlu) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.-03B-
-
- İqtisadiyyat
- 24 May 2019 16:14
Cəmiyyət
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 10-na olan hava proqnozunu açıqlayıb. Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilsə də, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.
-
Siyası məhbus, AXCP fəalı Aqil Hümbətovun həyat yoldaşı, üç uşaq anası Aygün Hümbətova ölkə prezidenti İlham Əliyevə sosial şəbəkə (FB) vasitəsilə açıq müraciət göndərib. Turana verdiyi müsahibədə o, ailəsinin agır durumda olmasını vurgulayıb. "Ərimi şərləməyə lazım olanda gəlirlər. Xəzər rayonu icra başçısı gəlsin maraqlansın vətəndaşları hansı gündədirlər".
Rəy yaz