![Yağış yağacaq, şimşək çaxacaq](https://turan.az/resized/media/2016/main/050600155211-750-500-resize.webp)
Yağış yağacaq, şimşək çaxacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Xəbərdarlıqda deyilir ki, ölkənin qərb rayonlarından başlayaraq bəzi yerlərdə mayın 7-dən 9-dək şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq. Temperaturlar tədricən 3-5 dərəcə aşağı enəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 7-də şimşək çaxacaq, arabir yağış yağacaq, axşam bəzi yerlərdə leysan xarakterli olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18, yüksək dağlıq ərazilərdə gündüz 0-5, gecə 5-8 dərəcə isti olacaq. -03D-
-
- İqtisadiyyat
- 6 May 2016 14:17
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz