Yeni siyasi məhbuslar siyahısında 133 nəfər var
Bakı/04.03.19/Turan: Azərbaycanın siyasi məhbuslarının azadlığı uğrunda ittifaq bu gün siyasi məhbusların yeni siyahısını elan edib. Siyahıda 133 nəfərin adı var. Siyasi məhbuslar 11 qrupa təsnif edilib, bu barədə Turan-a İttifaqın koordinatoru, hüquq müdafiəçisi Elşən Həsənov bildirib.
"Jurnalistlər və blogerlər" kateqoriyasında 8 nəfər, "Yazıçılar və şahirlər" kateqoriyasında 1 nəfər, "Hüquq müdafiəçiləri" kateqoriyasında 1 nəfər, "Gənc fəallar" qrupunda 4 nəfər var.
Bundan başqa, "müxalif partiya və hərəkatların üzvləri" qrupunda 11, "MTN-dəki cinayətlərin qurbanları" kateqoriyasında 8 nəfər var.
Əvvəlki kimi, ən böyük qrup "dindarlar"dır, bu qrupda 70 nəfərin adı var.
"Siyasi girovlar" qrupunda qohumlarının siyasi fəaliyyəti ilə əlaqədar mühakimə edilmiş 3 nəfər var.
"Keçmiş dövlət qulluqçuları" qrupunda 3 nəfər var. Bundan başqa, 10 nəfər "sosial etiraz qurbanları"dır. 14 nəfər "ömürlük məhbuslar"dır.
Təşkilatın əvvəlki siyahısı ötən ilin dekabrında elan edilib. Həmin vaxt siyahıda 160 ad var idi.
Həmin vaxtdan etibarən AXCP sədrinin müşaviri Məmməd İbrahim, "hicab məhbusu" Telman Şirəliyev, bloger Mehman Hüseynov, "Səid Dadaşbəylinin işi" üzrə iki məhkum, Nardaran hadisələri ilə həbs edilmiş şəxslər olmaqla, 18 nəfər cəza müddəti başa çatdığına görə azad edilib.
* Azərbaycanın siyasi məhbuslarının azadlığı uğrunda İttifaq ötən ilin noyabrında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, "Tolışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov və Azərbaycan Ziyalılar İttifaqının sədri Eldəniz Quliyev tərəfindən təsis edilib. -06B-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz