![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/110400053677-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Yenilənmiş siyahıda 100 siyasi məhbusun adı var
Bakı/04.11.22/Turan: Noyabrın 4-də “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq ölkədəki siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.
Siyahıya 100 nəfərin adı daxil edilib, Sülh və Demokratiya İnstitutunun bəyanatında deyilir. Siyahını tərtib edənlər “siyasi məhbus” anlayışı üçün Avropa Şurası Parlament Assambleyasının müəyyən etdiyi meyarlardan istifadə ediblər.
Əvvəlki siyahı 28 sentyabr 2022-ci ildə açıqlanıb və 99 ad daxil olub.
https://www.turan.az/ext/news/2022/9/free/Social/ru/9870.htm
Elşən Həsənov Turan-a bildirib ki, siyahıda yeni şəxslər var - Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu və dini mahnıların ifaçısı Vüqar Rəsul.
Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy və Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən pul tələb etmək ittihamı ilə həbs edilib.
Həbsdən sonra jurnalist bildirib ki, ittihamlar yalandır, dərc etdirdiyi ifşaedici materiallarda korrupsiya faktlarını açıqladığı şəxslər tərəfindən ona böhtan atılıb. Nərimanoğlu iddia edir ki, ittiham tərəfində pul tələb edilməsinə dair heç bir sübut yoxdur, Həsənov deyib.
Vüqar Rəsul 2022-ci il iyulun 18-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.Hüquq müdafiəçilərinin məlumatına görə, onun harada olması və ittihamlar barədə ailəsinə iyulun 22-də məlumat verilib.
Rəsul ittihamları rədd edib. Hüquq müdafiəçiləri hesab edirlər ki, həbsin əsl səbəbi Rəsulun dini etiraz mahnıları səsləndirməsi olub.
Siyasi məhbuslar yeddi qrupa bölünüb:
1-ci qrup - jurnalistlər və blogerlər - 6 nəfər
2 –ci qrup - müxalifət partiyalarının və hərəkatların üzvləri - 4 nəfər
3-cü qrup - Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər - 5 nəfər
N qrupu - dindarlar - 18 nəfər
4-cü qrup - Tərtər işi üzrə mühakimə olunanar - 27 nəfər
5-ci qrup - Gəncə işi üzrə mühakimə olunanlar - 27 nəfər
6-cı qrup - ömürlük mühakimə olunanlar - 13 nəfər. 06B
-
- Maliyyə
- 4 Noyabr 2022 13:10
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz