Yunis Səfərovun doğmaları onun ölümünü istisna etmirlər
Bakı/28.01.19/Turan: Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunis Səfərovun doğmaları onun taleyilə bağlı narahatdır.
Y.Səfərovun anası Leyla İsmayılova bildirib ki, müttəhimin 59 yaşlı atası Rafiq Səfərov oğlunun başına gələnlərə dözməyərək vəfat etdi.
Ana həbsxanada Yunisin öldürüldüyünü istisna etmir. Bu barədə "Meydan" TV-nin təsisçisi Emin Milli Facebook səhifəsində yazıb.
Yaxınları hesab edirlər ki, hakimiyyət dustağın sağ olmasına dair sübut təqdim etməlidir və onun məhkəməsi açıq olmalıdır.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turan agentliyinə bildiriblər ki, Y.Səfərovun ölümü barədə məlumatlar həqiqətəuyğun deyil.-06D--
Cəmiyyət
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz