Rusiya Azərbaycanın suverenliyinə qarşı?
Bakı/28.10.22/Turan: Rusiya Ermənistana Azərbaycanla sülh müqaviləsi barədə nəyisə diqtə etmir və etməyə də hazırlaşmır.
Bunu Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday diskussiya klubunda deyib.
O vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin “Vaşinqton variantı” Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur:
“Biz Ermənistana nəyisə diqtə edə bilmərik və buna hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını, məsələn Vaşinqton variantını seçmək lazım olduğunu düşünürsə, buyursun. Bu variant Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutur”.
Azərbaycanın Qarabağ üzərində suverenliyi niyə Rusiyanı narahat edir?
Siyasi tədqiqatçı Əhməd Əlili Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
-
- Bazarların icmalı
- 28 Oktyabr 2022 17:00
-
- Siyasət
- 28 Oktyabr 2022 23:21
Çətin sual
-
Tramp administrasiyasının USAİD-lə bağlı iddiaları, bu iddialara Azərbaycanın hökumətyönlü mediasının qoşulması və səslənən ittihamların əsaslı olub- olmaması barədə REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz