Təhsil Nazirliyinin adı dəyişdirildi. Nə dəyişəcək?
Bakı/29.07.22/Turan: Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.
Sənədə əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.
Quruma elm sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi həvalə edilib. Nazirliyin tabeliyində Elm və Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.
Bundan başqa, Milli Elmlər Akademiyasının (AMEA), onun Naxçıvan və Gəncə bölmələrinin institutları, habelə AMEA-nın təsərrüfat hesablı müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilir.
Beləliklə, bugünkü fərman faktiki olaraq sovet dövründən miras qalmış AMEA sisteminə son qoyur.
Dəyişikliklərlə bağlı təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/c/TuranAgentliyi
Facebook səhifəsinin ünvanı:
Çətin sual
-
Tramp administrasiyasının USAİD-lə bağlı iddiaları, bu iddialara Azərbaycanın hökumətyönlü mediasının qoşulması və səslənən ittihamların əsaslı olub- olmaması barədə REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz