Zəfərin ikinci ili. Bəs sülh nə vaxt olacaq? – Elxan Şahinoğlu Çətin sual qarşısında
Bakı/08.11.22/Turan: Bu gün Azərbaycan Zəfər Gününü qeyd edir. İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb və elə həmin il noyabrın 10-dək davam edib. Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti 10 noyabr 2020-ci il tarixindən atəşkəs haqqında bəyanat imzalayıblar. Bəyanata əsasən, Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa atəşin dayandırılması müqabilində razılaşıb.
Amma bu tarixdən iki il ötməsinə baxmayaraq, hələ də hər iki tərəf zaman- zaman itkilər verir, bir-birini 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməməkdə günahlandırırlar. Bu vaxta qədər sülhlə bağlı danışıqlar aparılsa da əməli bir addım atılmayıb.
Zəfər günündən iki il ötsə də, niyə hələ də itkilər veririk. Sülh nə vaxt olacaq?
Siyasi şərhçi Elxan Şahinoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Çətin sual
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
ABŞ-nin yeni Prezidenti Donald Trampın dünya və regionla bağlı siyasəti, Azərbaycanın iqtidar rəsmilərinin onun siyasətindən gözləntiləri barədə Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz