
İstanbuldakı Azərbaycan sərmayəli nəşriyyat uşaqlar üçün korona virusuna dair kitab çap edib
Bakı/14.04.20/Turan: İstanbuldakı Azərbaycan sərmayəli HEP nəşriyyatı uşaqlar üçün korono virusuna dair kitab çap edib. İngilis dilindən tərcümə edilən kitabın müəllifləri Elizabeth Jenner, Kate Wilson və Nia Roberts, rəssamı isə Axel Schefflerdir.
Korona virusu barədə ümumi məlumatların təqdim edildiyi kitabda uşaqların bu epidemiyadan özlərini qorumalarının yolları da göstərilir. Kitabdakı qısa dialoqların və sual-cavabların məzmununa uyğun şəkillər uşaqların korona virusu xəstəliyinin mahiyyətini daha dərindən anlamalarına və o xəstəlikdən qorunmğın yollarını öyrənmələrinə kömək edir.
”Çocuklar için koronavirüs” kitabının çıxması münasibətiylə Turan agentliyinə açıqlama verən HEP nəşriyyatının koordinatoru Ercan Kırali deyib: “Kitabı sürətlə tərcümə etdirib çap etdik. Nəşriyyatımız bunu özünə borc bildi. Çünki bundan sonrakı dönəmdə viruslardan qorunmaq həyatımızın başlıca məsələlərindən biri olacaq.Uşaqlarımızı buna şüurlu şəkildə hazırlamağın ən təsirli yolunun kitablar olduğunu düşünürük. Ona görə bu sahədəki çap işlərimzi davam etdirəcəyik”
Qeyd edək ki, HEP nəşriyyatı Azərbaycan sərmayəli TEAS yayıncılık şirkətiniin bir qoludur. Cambridge nəşrlərinin Türkiyə təmsilçsi olan TEAS yayıncılık şirkəti kitab bazarında mühüm yer tutur.—0—
Rəy yaz