euneighbours.eu
Şərq Tərəfdaşlığı Bəyannaməsi onun iştirakçıları tərəfindən imzalanmayıb
Bakı/14.05.19/Turan: Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının on illiyi ilə bağlı iclasın ilk günü başa çatıb.
"Azadlıq" radiosunun məlumatına görə, sammitin yekunlarına əsasən təntənəli bəyannamə imzalanıb. Lakin iştirakçı ölkələr sənədə yüksək status verməməyi qərara alıblar. Bundan əlavə, "Şərq tərəfdaşlığı" ölkələri nümayəndələri onu imzalamayıblar. Mətnin altında yalnız Avropa İttifaqi diplomatiyasının rəhbəri Federika Mogerininin imzası var.
"Bu qərar Azərbaycanın qaldırdığı ərazi bütövlüyü məsələsinin mətnə daxil edilməsindən imtina edildiyinə görə qəbul olunub. Söhbət 1990-cı illərin əvvəlindən Ermənistan Respublikası tərəfindən dəstəklənən tanınmamış Dağlıq Qarabağ Respublikası hakimiyyətinin nəzarət etdiyi Dağlıq Qarabağdan gedir", - "Azadlıq" radiosunun məlumatında deyilir.
Həmçinin qeyd olunur ki, Ukrayna və Gürcüstan "Şərq tərəfdaşlığı"nın ayrı-ayrı üzvlərinin Avropaya inteqrasiyası cəhdlərinə dair istinadların olmaması ilə bağlı iradlarını bildiriblər.
Kiyevin və Tbilsinin tələbinə belə cavab veriblər ki, istinadlar bundan əvvəlki bəyannaməyə daxil edilib.
Çərşənbə axşamı Aİ ölkələri liderləri Aİ rəhbərliyilə birlikdə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin təşkil edəcəyi konfransda "Şərq tərəfdaşlığı"nın gələcəyini müzakirə edəcəklər.0-
Dünyada
-
NATO-nun Baş katibi Mark Rutte cümə axşamı ABŞ-ı Ukraynaya silah tədarükünü davam etdirməyə çağırıb və Avropanın bu xərcləri ödəyəcəyini bildirib.
-
Bazar ertəsi, İsrail ilə Həmas arasında atəşkəsin üçüncü günündə humanitar yardım daşıyan 900-ə yaxın yük maşını Qəzza zolağına daxil olub. BMT-nin yüksək rütbəli nümayəndəsi bildirib ki, hələlik heç bir açıq qanun pozuntusu baş verməyib.
-
Donald Tramp özünü sülhməramlı və ABŞ-ın maraqlarının qatı müdafiəçisi kimi göstərdi. O, bazar ertəsi Ağ Evə qayıdandan sonra Panama kanalını ələ keçirəcəyini vəd etdi, eyni zamanda, Rusiyanı Ukrayna ilə bağlı razılıq əldə etməyə inandırmağa çalışdı.
-
Suriyanın faktiki lideri Əhməd əl-Şaraa ABŞ prezidenti Donald Trampı bazar ertəsi andiçmə mərasimi münasibətilə təbrik edərək, iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.
Rəy yaz