1 milyard manatlıq iqtisadi dəstək zərfi qəbul edildi
Bakı/05.04.20/Turan: Nazirlər Kabineti aprelin 4-də iqtisadiyyata və sosial sferaya 1 milyard manat dəyərində yardım paketini açıqlayıb.
Sənəd qlobal pandemiyanın və enerjidaşıyıcıların qiymətinin dünya bazarında kəskin aşağı düşməsinin sahibkarlığa, məşğulluğa, ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planından ibarətdir.
Sənədə əsasən, ümumi sayı 300 min nəfər olan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 2020-ci il ərzində dövlət büdcəsindən 215 milyon manat ayrılır. Daha 300 min mikrosahibkara maliyyə dəstəyi məqsədilə hökumət 80 mln. manat ödəyəcək. Böhranın məşğulluğa təsirini azaltmaqdan ötrü aprel-may aylarında 200 min işsiz vətəndaşa hər ay 190 manat, daha 50 min işsiz şəxsin müvəqqəti məşğulluğunun təmin edilməsi üçün bu dövrdə 300 manat aylıq əmək haqqı ödəniləcək. İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin 20 min nəfər hesabına genişləndiriləcək. Bunun üçün İşsizlikdən Sığorta fondundan 20 milyon manat ayrılacaq.
Bundan başqa sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri (40 milyon manat) dövlət qarşılayacaq. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması isə hökumətə 10 milyon manata başa gələcək.
Hökumətdə hesablayıblar ki, pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması aprel ayında büdcəyə 115 milyon manat az vəsaitin daxil olması ilə nəticələnəcək.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyətinin bərpası üçün 0,5 mlrd. manat həcmində bank kreditlərinin verilməsi nəzərdə tutulur. Sənədə əsasən, yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti verilir və zəmanətli kreditlər üzrə faiz dərəcəsinin 50%-nin dövlət büdcəsi hesabına subsidiyalaşdırılır. Bu məqsədlə büdcədən 20 milyon manat ayrılıb.
Güzəştli kreditlərin verilməsinin davam etdirilməsi üçün Sahibkarlığın İnkişafı Fonduna əlavə olaraq 50 milyon manat ayrılır. Daha 90 mln. manat güzəştli ipoteka kreditləri üçün nəzərdə tutulur.
Ən ciddi dəstəklənən sahə nəqliyyatdır. Tədbirlər Planına əsasən, həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi dövlət büdcəsinə 280 milyon manata başa gələcək.
Hökumət sahibkarlıq subyektlərinin,o cümlədən kiçik və orta biznesin 2020-ci il 10 mart tarixinə 1 mlrd.manat həcmində kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılmasını digər maliyyə mənbələri hesabına nəzərdə tutur. Bunun üçün 50 milyon manat tələb olunur.
Hökumət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi məqsədilə işəgötürənlərlə “qanunvericiliyə uyğun iş aparılması və gündəlik nəzarəti təmin etməyi” tapşırıb.
Qeyd edək ki, Tədbirlər Planı həm də post-pandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi üzrə addımların atılmasını da hədəfləyib. Onradan biri dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması üçün Dövlət İnvestisiya Holdinqinin yaradılmasıdır. Digər istiqamət tikinti sektoru ilə bağlıdır. Burada strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə Azərbaycan İnşaat Korporasiyası yaradılacaq.--08D—
-
- Sual-cavab
- 4 Aprel 2020 23:40
İqtisadiyyat
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasında iştirak edərək ölkənin qlobal enerji təhlükəsizliyindəki strateji rolunu və yaşıl enerji keçidi təşəbbüslərini vurğulayıb.
-
Gürcüstanın Batumi şəhərində Azərbaycan dövlət neft şirkəti SOCAR-ın təxminən 200 işçisi maaşlarının artırılması tələbi ilə yanvarın 21-də tətil keçiriblər. Yerli Batumelebi nəşrinin məlumatına görə, tətilə müxtəlif bölmələrdən texniklər və işçilər qoşulub. Onlar uzun illərdir ki, iş həcmlərinə uyğun olmayan minimal maaş aldıqlarını bildiriblər.
-
21 yanvar tarixində Davosda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Carlsberg Group-un Müşahidə Şurasının sədri Henrik Poulsen və şirkətin baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Müzakirələr zamanı Carlsberg Group-un Azərbaycandakı fəaliyyətini genişləndirməsi və yerli istehsalın, həmçinin dayanıqlılığın inkişafına sadiqliyi vurğulanıb.
-
2024-cü ildə Azərbaycanın "Vahid Pəncərə" İxrac Dəstəyi Mərkəzi müəssisə və fiziki şəxslərdən 1,747 sorğu qəbul edərək 3,982 ixrac sertifikatının verilməsini təmin edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, bu səylər 288,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarını dəstəkləyib.
Rəy yaz