2015-ci ildə AÇG-də neft hasilatı cüzi azalıb
2015-ci ildə "Azəri-Çıraq-Günəşli" blokunda hasilat 200 min ton azalaraq 31,3 mln ton və ya 231 mln brrel olub. Bu barədə ВР-Azerbaijan şirkətinin hesabatında bildirilir.
Konsorsium sutkada 634 min barrel neft çıxarıb. 2014-cü ildə bu göstərici 638 min barrel olub.
2015-ci ildə "Çıraq" platformasında orta sutkalıq hasilat 48 000 barrel, "Mərkəzi Azəri"də 154 000 barrel, "Qərbi Azəri"də 110 300 barrel, "Şərqi Azəri"də 71 000 barrel, "Dərinsulu Günəşli"də 141 400 barrel və "Qərbi Çıraq"da 109 400 barrel təşkil edib.
“Ötən il müqavilə blokunda 15 hasilat və 2 suvurma quyusu qazılıb. Ötən il AÇG-də 15 neft və 2 su quyusu qazılıb. Neft quyularının sayı 7 vahid, qaz və injektor quyularının sayı 3 vahid artıb.
AÇG-nin səhmdarları bunlardır: BP (operator – 35,8%), SOCAR (11,6%), Chevron (11,3%), Inpex (11%), Statoil (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), Itochu (4,3%), ONGC Videsh Ltd. (2,7%).—12В--
-
- İqtisadiyyat
- 2 Mart 2016 11:18
-
- İqtisadiyyat
- 2 Mart 2016 11:24
İqtisadiyyat
-
Azərbaycan hökuməti 2024-cü il üçün dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə ümumilikdə 4,83 milyard manat (2,8 milyard dollar) vəsait ayırıb, Maliyyə Nazirliyi məlumat verib.
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar tarixində ölkənin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etmək məqsədilə iclas keçirdi. İclasda Bakı şəhəri və ətraf ərazilərindəki nəqliyyat problemlərinə diqqət çəkildi. Son illərdə infrastruktur sahəsində əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Əliyev şəhərin sürətlə artan əhalisi səbəbindən nəqliyyat sıxlığının hələ də böyüyən bir problem olduğunu vurğuladı.
-
Azərbaycan 2024-cü ili 37,16 milyard manat həcmində dövlət büdcəsi gəlirləri ilə tamamladı, bu isə proqnozları 2,1% üstələyərək 2023-cü illə müqayisədə 5,5% artımı əks etdirir. Büdcə xərcləri 37,72 milyard manat təşkil edərək 555,5 milyon manat məbləğində idarə olunan kəsirlə nəticələndi. Kəsirə baxmayaraq, hökumət, gözləniləndən daha yüksək qeyri-neft gəlirləri və ehtiyatlı xərclərin nəzarəti ilə maliyyə dayanıqlığını və resursların strateji bölgüsünü nümayiş etdirdi.
-
Maliyyə Nazirliyinin bazar ertəsi açıqladığı məlumatlara görə, 2025-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanın xarici dövlət borcu 5,16 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkənin 2024-cü il üzrə ÜDM-nin 6,9%-nə bərabərdir.
Rəy yaz