2050-ci il üçün Azərbaycan qaz ixracını 50 mlrd kubmetrə artıra bilər
Azərbaycanda illik qaz ixracatı həcmi 2050-ci ildə 50 mlrd kubmetrədək arta bilər, deyə iqtisadiyyat nazirinin müavini Natiq Abbasov bildirib.
Abbasov dünən Energetika Nazirliyində Almaniyanın Boxum Rur Universitetinin Mədən və Enerji Hüququ İnstitutunun Təşviqi Birliyinin sədri Otto Vulfun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
«hazırda əsas hədəf qaz hasilatı və ixracını artırmaqdır. Qaz hasilatının artırılması istiqamətində və “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər də imkan verir ki, 2050-ci ilə kimi Azərbaycan qaz ixracını il ərzində 50 milyard kubmetrə çatdırsın», - deyə Abbasov qeyd edib.
O xatırladıb ki, Azərbaycan qazının Avropa bazarlarına tədarükü 2019-2020-ci illərdə başlayacaq.
Nazir müavini Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsindən (AGRİ) də danışıb. «Lakin daha ucuz başa gələn kəmərlərlə qazın ixracı mümkün olduğundan, AGRI layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsi nəzərdə tutulur», - deyə Abbasov qeyd edib.
Əvvəllər bildirilirdi ki, AGRI layihəsinin səhmdarları SOCAR, Gürcüstanın COGC, Rumıniyanın Romgaz və Macarıstanın MVM şirkətidir. Onlar 2011-ci ildə AGRI LNG Co şirkətini təsis edib. Şirkətlərin hərəsi 25% paya malikdir. AGRI Direktorlar Şurasının sədri SOCAR-dır.
AGRI ildə 8 mlrd kubmetr maye qaz ixracını nəzərdə tutur. Birinci mərhələdə ildə 2 mlrd kubmetr, II və III mərhələdə 5 və 8 mlrd kubmetr qaz nəqli nəzərdə tutulur.
* 2015-ci ildə Azərbaycan 19,72 mlrd kubmetr əmtəəlik qaz (artım 5,5%) ixrac edib. –12В--
-
- Cəmiyyət
- 6 May 2016 11:17
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz