Aİ və ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır
Bu ilin 11 ayında Azərbaycanla Avropa İttifaqı ölkələri və ABŞ arasında əmtəə dövriyyəsi $10 mlrd. təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövründə olduğundan $5 mlrd. azdır.
Gömrük statistik hesabata görə, Aİ ölkələri və ABŞ ilə xarici ticarət dövriyyəsində ($18,8 mlrd.) ölkənin xüsusi çəkisi yanvar-noyabr aylarında 53,1% təşkil edib. Bu, ötən ilin həmin dövrünün göstəricisini 0,9% bənd üstələyir.
Aİ-nin payına Azərbaycan ixracının təxminən 60%-i ($6 mlrd. 336,7 mln.) düşür. Bu, əsasən xam neftdir. Aİ ölkələrindən $2 mlrd. 555,7 mln. həcmində mal gətirilib ki, bu da Azərbaycana idxalın üçdə bir hissəsinə bərabərdir.
Sözügedən müddətdə ABŞ-dan $773,4 mln. mal idxal edilib ki, bu da 2014-cü ilin yanvar-noyabr aylarında olduğundan 52,8% çoxdur.08D
-
- İqtisadiyyat
- 31 Dekabr 2015 17:30
-
- Foto sessiyalar
- 1 Yanvar 2016 01:16
İqtisadiyyat
-
Azərbaycanda fermerlər arpa, buğda, düyü və qarğıdalı məhsullarını 10 hektardan çox ərazidə yetişdirdikləri halda kənd təsərrüfatı subsidiyalarına uyğun olmaq üçün sığortalamalıdırlar. Bu barədə hökumət rəsmisi yenilənmiş subsidiya dərəcələrinə dair keçirilən son brifinqdə məlumat verib.
-
Pakistanın təxminən 400 milyard kubmetr həcmində qaz ehtiyatları və illik 30 milyard kubmetr qaz hasilatı bu sıx məskunlaşmış ölkədə "mavi yanacaq" çatışmazlığını həll etmək üçün kifayət deyil. Buna görə də, hökumət ölkənin qaz tələbatını ödəməyi strateji prioritet kimi müəyyən edib.
-
Azərbaycanın qonaqpərvərlik sektoru 2024-cü ildə əhəmiyyətli artım nümayiş etdirib. Rəsmi məlumatlara görə, otellərdə və oxşar müəssisələrdə gecələmələrin sayı illik müqayisədə 25,1% artaraq 4,28 milyona çatıb. Bu güclü bərpa həm daxili, həm də beynəlxalq turistlər üçün sektorun artan cəlbediciliyini vurğulayır. Bu artıma infrastrukturun yaxşılaşdırılması və turizm təkliflərinin müxtəlifləşdirilməsi dəstək olub.
-
Azərbaycanın Aqrar Subsidiya Şurası intensiv bağların yaradılması üçün yeni tələblər müəyyən edib, bunlara iqlim stansiyalarının quraşdırılması da daxildir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 265
-
- Cəmiyyət,
- 14:38
- 321
-
- Söz istəyirəm,
- 12:21
- 352
Rəy yaz