AmCham Direktorlar Şurasına beş yeni üzv seçilib
Martın 2-də Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) keçirilmiş illik iclası çərçivəsində Palatanın Direktorlar Şurasının yeni üzvləri seçilib, deyə palatada Turan-a bildiriblər.
Tədbiri giriş nitqi ilə açan “AmCham”ın prezidenti İlqar Vəliyev namizədləri Palatanın Direktorlar Şurasına təqdim edib.
Daha sonra səsvermə nəticəsində “AmCham”ın Direktorlar Şurasının beş yeni üzvü seçilib: “Societe Generale” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Teybə Quliyeva, “Deloitte” şirkətinin Azərbaycandakı icraçı partnyoru Nuran Kərimov, “PwC” şirkətinin Azərbaycandakı icraçı partnyoru Mövlan Paşayev, ADA Universitetinin Xarici, hökumət və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə və “P&G” şirkətinin baş meneceri Tayqun Günay. Direktorlar Şurasının mövcud üzvləri siyahısında “Golden Pay” şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, KPMG-nin Azərbaycandakı icraçı partnyoru Vüqar Əliyev, “Pasha Bank”ın baş direktoru Taleh Kazımov, “Nar Mobile” şirkətinin baş direktoru Kent Makneli və “EY” şirkətinin Azərbaycandakı icraçı partnyoru İlqar Vəliyev yenidən yer alıblar.
İlqar Vəliyev həmçinin “Ağ Sənəd”in (Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidələr və tövsiyələr) hazırlanmasında yeniliklər haqda məlumat verib və iki vacib tədbirə hazırlıq barədə danışıb: Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birgə təşkil olunacaq “Gömrük Sisteminin İnkişafı və Gələcək Perspektivləri” konfransı və “Kənd təsərrüfatı sektorunun inkişafına” həsr olunmuş dəyirmi masa.
“AmCham” Azərbaycan – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. 1996-cı ildə yaradılmış “AmCham” 280-dan çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. 08В
-
- İqtisadiyyat
- 2 Mart 2016 11:35
-
- Siyasət
- 2 Mart 2016 12:36
İqtisadiyyat
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
-
Azərbaycan sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini sürətləndirir, rəqəmsal transformasiya və kibertəhlükəsizliyin gücləndirilməsinə diqqət yetirir. Hökumət insan kapitalının inkişafına və kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına resurs ayırır, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov yanvarın 30-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü “Məzun Günü” tədbirində bildirib.
Rəy yaz