Avtonəqliyyat vasitələrinin idxalı 5 dəfə azalıb
Bu ilin 11 ayında Azərbaycana 4820 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 5,3 dəfə azdır. Ekspertlərin fikrincə, avtomobil bazarında vəziyyət istehlak tələbatının mənzərəsini düzgün əks etdirir və iqtisadi böhranı xarakterizə edir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin əvvəlindən xaricdə 4194 minik avtomobili alınıb. Bu, ötən ilkindən 18,5 min ədəd azdır.
Bu il avtobus və mikroavtobus idxalı 10 dəfə (80 ədəd), yük avtomobili (463) 4 dəfə, xüsusi təyinatlı avtomobil idxalı (83) 3 dəfə azalıb.
2016-cı ilin yanvarından idxal edilən avtomobillərə aksiz dərəcəsi artırılıb. Vergilər Nazirliyi baha minik avtomobillərinə aksizlərin artırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib. Bu, varlılar üçün vergi olacaq, deyə hökumətdə düşünürlər. Bu addımla avtomobil idxalından gəlirlərin azalmasını kompensasiya etmək istəyirlər. 08D
-
- İqtisadiyyat
- 17 Dekabr 2016 10:29
-
- İqtisadiyyat
- 17 Dekabr 2016 11:04
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz