
Azərbaycanda 3,21 mln 3 nəfərin sosial sığorta üzrə fərdi hesabı var
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, martın 1-i üçün ölkədə 3 mln. 210,647 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir. Bu, ilin əvvəlinə olan göstəricidən 0,96% çoxdur.
Fondun məlumatına əsasən, Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,27%-i kişilərdir. Fərdi hesabı olanların əksəriyyəti (25,13%) 30-40 yaş arasında işləyən vətəndaşlardır. 30 yaşa qədər olanlar 20,99%, 40-50 yaş arasında olanlar 21,13%, 50-60 yaş arasında 20,31%, 60 yaşdan yuxarı 12,32% təşkil edir.
Xatırladaq ki, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb. Ölkədə 4,7 mln nəfər əmək qabiliyyətli əhali var. --17D—
-
- Foto sessiyalar
- 2 Mart 2016 14:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz