Azərbaycanla Gürcüstan qaz biznesində yeni əməkdaşlıq səviyyəsinə keçir
Bu gün Azərbaycanla Gürcüstan arasında qazın alqı-satqısı üzrə yeni saziş bağlana bilər. Bu barədə Turan Agentliyinə SOCAR şirkətində məlumat veriblər.
Artıq SOCAR top-menecerləri sazişin son variantı ilə tanış olmaq üçün Tbilisiyə uçublar. Hər iki tərəfin ekspertləri saziş üzərində bir neçə həftə işləyib.
Ötən həftə Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili bəyan edib ki, Azərbaycanla sazişin müəyyən şərtləri üzrə işlər aparılır. Bu şərtlərə yenidən baxılmalıdır. Onun sözlərinə görə, yeni sazişdə qiymöət siyasəti və müəyyən həcmlərə baxılacaq.
Turan-a məlum olub ki, yeni sazişdə fiksə edilmiş qiymət olamyacaq. Qazın qiyməti hər rüb formulla müəyyən ediləcək. Qazın qiyməti neft və mazutun qiymətinə bağlı olacaq.
Azərbaycan Gürcüstana qaz ixracına 2007-ci ilin yanvarında başlayıb. O vaxt “Qazprom” qiyməti iki dəfə qaldırmışdı. Ötən il Azərbaycan Gürcüstan bazarına 2,1 mlrd kubmetr qaz tədarük edib. Bunun 1,3 mlrd-ı SOCAR, 800 mln kubmetr “Şahdəniz” konsorsiumunun qazıdır. –12В--
-
- Cəmiyyət
- 4 Mart 2016 10:53
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz