
«Azərsu»nun xalis ziyanı 11,3% artıb
Bakı/03.10.17/Turan: 2016-cı ildə "Azərsu" ASC-nin xalis ziyanı 612,921 mln manat təşkil edib, deyə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında bildirilir.
2015-cı illə müqayisədə bu göstərici 11,3% artıb.
"Azərsu" ASC-nin abunəçilərə xidmətdən gəlirləri 159,837 mln manat olub. Bu, əvvəlki ildəkindən 14,9% çoxdur.
"Azərsu" ASC-nin aktivləri ötən il 6,9% azalaraq 608,345 mln manat, öhdəlikləri 1,9% azalaraq, 970,125 mln manat olub. --71D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz