- İqtisadiyyat
- 6 Fevral 2015, 10:47
- 184
Bank VTB (Azərbaycan) Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır
Bank VTB (Azərbaycan ) Azərbaycan Dövlət Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır. Tərəflər arasında razılaşmaya əsasən, cari il ərzində bank bir sıra layihələrin reallaşmasında teatra dəstək olacaq.
Belə ki, mart ayında bank 2 Moskva uşaq teatrlarının qastrollarına sponsorluq edəcək. Bu layihə çərçivəsində Novruz bayramı ilə bağlı tətil günlərində Rus Dram Teatrının səhnəsində uşaqlara iki musiqili tamaşa təqdim olunacaq.
Əməkdaşlıq çərçivəsində bank gələcəkdə həssas əhali qrupu üçün müxtəlif tamaşalara biletlər əldə etmək niyyətindədir. Beləliklə, bank VTB (Azərbaycan) imkansız ailələrdən və uşaq evlərindən olan uşağlara teatrı ziyarət etmək imkanı yaradacaq.
“Rus Dram Teatrı- ölkənin aparıcı teatrlarından biridir. O, Azərbaycanda rus dilində tamaşaların yayılmasında böyük rol oynayır. Bizim bank mədəniyyətin, xüsusilə də teatr sənətinin inkişafının dəstəyinə böyük önəm verir”, -deyə, bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri YuriYakovlev bildirib.
* Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 12 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz