Banklar xarici valyuta ilə ipoteka krediti verməyəcək
Sabahdan AİF-in tərəfdaşı olan banklar xarici valyuta ilə ipoteka krediti verməyəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu, xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə ilə bağlıdır. Bundan başqa, bu qərar xarici valyuta ilə verilən kreditləri yenidən strukturlaşdırmağa kömək edəcək.
Xatırladaq ki, əvvəllər Palata tövsiyə edirdi ki, istehlak kreditləri yalnız manatla verilsin. Palatanın qərarına görə, milli valyutada istehlak kreditləri o şərtlə verilə bilər ki, müştərilərin borc yükü izafi artmasın.5 aprel 2016-cı ildə dollar və avro ilə tətbiq edilən girovsuz istehlak kreditlərinə qadağan qüvvədə qalır.
Palata həmçinin kredit risklərinin idarə edilməsi üçün bankların daha sərt çərçivəslər qəbul etməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, fevralın 3-də ölkə prezidenti Maliyyə Bazarlarına Nəzarət Palatasının yardılması barədə fərman imzalayıb. Bu qurum sahədə davamlılığı təmin etməli, investisiya fondlarının, sığorta və kredit təşkilatlarının lisenziyalaşdırılması və tənzimlənməsinə nəzarət mexanizmlərini təkmilləşdirməlidir. O həmçinin çirkli pullar, cinayət yolu ilə əldə edilən vəsaitlər və s leqallaşmasının qarşısını almalıdır. --17D—
-
- İqtisadiyyat
- 5 May 2016 13:05
-
- Siyasət
- 5 May 2016 14:19
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz