«Cənub Qaz Dəhlizi» üzrə Məsləhət Şurasının iclası
Fevralın 29-da Bakıda Azərbaycan prezidentinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” üzrə Məsləhət Şurasının iclası açılıb.
Şuranın işində Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirləri, o cümlədən Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefkoviç, Türkiyənin energetika naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Amos Hokşteyn, Böyük Britaniyanın energetika üzrə xüsusi nümayəndəsi Edmund Hosker, İtaliyanın dövlət katibi Klaudio De Vinçenti və başqaları iştirak edir.
İclasın yekunlarına görə Azərbaycan energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefkoviç mətbuat üçün bəyanatla çıxış edəcəklər.
İclas iştirakçılarının Cənub Qaz Dəhlizinin perspektivlərini və onun fəaliyyəti, təhlükəsizliyi və inkişafı ilə bağlı təcrübi məsələləri müzakirə edəcəkləri gözlənilir.
Təbii qazın Avropaya nəqli məqsədilə İran və Türkmənistan dəhlizinə qoşulma məsələlərinə də baxılacağı gözlənilir. -02D-
-
- Siyasət
- 29 Fevral 2016 12:06
İqtisadiyyat
-
Azərbaycan Parlamenti Qazaxıstan və Özbəkistan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əlamətdar bir sazişi ratifikasiya etdi. Keçən ilin noyabr ayında Bakıda COP29 zamanı üç ölkənin liderləri tərəfindən imzalanan bu saziş bərpaolunan enerji mənbələrinin təşviq edilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və davamlı inkişafın dəstəklənməsinə yönəlib.
-
Azərbaycanın qeyri-neft və qaz ixracı 2024-cü ildə 0,3% artaraq 3,4 milyard dollara çatıb. Bu artım əsasən kənd təsərrüfatı və qida məhsullarının ixracındakı yüksəlişlə bağlı olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin son İxrac icmalı hesabatında qeyd edilib.
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
Rəy yaz