
“Cənub” qaz dəhlizi layihəsinin reallaşması şübhə doğurmamalıdır,- bu layihənin Məsvərət Şurasının Bakı iclasının yekunları üzrə keçirilən mətbuat konfransında ümumi rəy belə olub.
Azərbaycanın energetika naziri Natiq Əliyev deyib ki TANAP və TAP qaz kəmərləri “Cənub” qaz dəhlizi layihəsinin əsas elementləridir və onlar bir- birilə əlaqəlidir. Bu, ABŞ və Aİ-nin dəstəklədiyi böyük layihədir, çoxmilyardlı investisiyanı və bir çox ölkələrin və beynəlxalq maliyyə qurumlarının iştirakını nəzərdə tutur. Onun mürəkkəbliyi və miqyaslı olması da bununla bağlıdır.
Öz növbəsində Aİ-nin energetika üzrə vitse-prezidenti Markoş Şefkoviç qeyd edib ki, layihənin bütün iştirakçıları, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə və Balkan ölkələri öz öhdəliklərini yerinə yetirməyə hazır olduqlarını bildiriblər. Layihə çərçivəsində ilk qaz 2018-ci ildə Türkiyəyə, oradan isə Avropaya daxil olacaq.
Türkiyənin energetika naziri Berat Albayrak deyib ki, layihəyə cəlb edilən Türkiyə şirkətləri və təşkilatlar işi davam etdirirlər, layihənin reallaşmasını əngəlləyən məsələ yoxdur.
ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Amos Xokştayn deyib ki, ABŞ və Aİ “Cənub” qaz dəhlizinin təhlükəsizliyinin təminatı məsələsində iştirakçılara yardım edəcək.
Turan-ın “Potensial qaz ixracatçısı kimi İran və Türkmənistanın layihəyə qoşulmasını gözləmək olarmı” sualının cavabında Xokştayn deyib ki, Bakı iclasında bu mövzu gündəlikdə olmadığından müzakirə edilməyib.03В-
Rəy yaz