Əmək miqrantlarının dörddə bir hissəsi qeydiyata alınıb
Dekabrın 1-i üçün 22 min 112 xarici əmək miqrantı qeydə alınıb.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, yanvar-noyabr aylarında fərdi icbari sığorta hesabı sistemində qeydiyyata alınanların sayı 29,3% (mütləq rəqəmlrərdə 5012) artıb.
Əmək miqrantlarının mütləq əksəriyyəti kişilərdir - (89,2%). Fərdi hesab sistemində dünyanın 104 ölkəsindən vətəndaşların əmək hüquqları qeydə alınıb. Onların çoxu Türkiyə (11 815 nəfər), Gürcüstan (2 492) və Rusiyanın (1 269) payına düşür.
Respublikada çalışan xarici vətəndaşların icbari sosial sığorta ödənişlərinə cəlb edilməsi 2006-cı ilin yanvarında başlayıb.
Yerli qeyri-hokumət təşkilatlarının məlumatına görə, əmək miqrantlarının sayı rəsmi məlumatlarda olduğundan 3,5-4 dəfə çoxdur. Bu on minlərlə ölçülür və çoxu qeyri-leqaldır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Miqrasiya Xidməti 200-300 müəssisədə qeydiyyata alınmamış əmək miqrantı aşkar etdikdə işəgötürəni bir pozuntu faktı üzrə cərimələyir. Bu, DSMF ayırmalarına qənaət edən işəgötürənlərə sərfəlidir ki, bu da büdcəyə ödəmələrin olmamasına və miqrantların hüquqlarının pozulmasına gətirib çıxarır.
2014-cü ildə 70 min nəfər Miqrasiya Xidmətinə müraciət edib. Lakin onların əksəriyyətinin leqallaşmasından imtina edilib. Yəni, 7 potensial miqrantdan 5 nəfərinə imtina edilib və ya deportasiya olunub. Cərimələr Xidmət üçün əlverişlidir, çünki həmin vəsaitin dörddə bir hissəsi onun sərəncamına keçir. Bundan əlavə, İrandan gələn və hüquqsuz vəziyyətdə olan azərbaycanlıların sayı çoxdur.
Gürcüstandan gələn azərbaycanlılar da belə vəziyyətdədir, onlar bu ölkənin vətəndaşlarıdır. Odur ki, Azərbaycan vətəndaşlığı ala bilmirlər. Lakin Bakıda daşınmaz əmlak ala bilmirlər. Lakin burada qeydiyyata düşürlər, onların uşaqları orta və ali məktəblərdə təhsil alır, hətta bizim ölkənin ordusunda xidmət edirlər. --17D—
-
- İqtisadiyyat
- 27 Dekabr 2014 12:13
-
- Cəmiyyət
- 27 Dekabr 2014 12:36
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz