Fiskal strukturlar doqquz aylıq planların öhdəsindən gəlib
Bakı/09.10.17/Turan: Bu ilin doqquz ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 224,4 milyon manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 298,3 milyon manat və ya 6 faiz çoxdur.
Gömrükçülər də doqquz aylıq proqnozun öhdəsindən gəlib. Onlar gömrük rüsumu və vergi yığımını təxminən vergi əməkdaşları qədər artırıb - 297,9 mln manat. Yanvar-sentyabrda idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə 1 mlrd 951,6 mln manat daxil olub. Bu, 2016-cı eyni dövründəkindən 18% çoxdur.
Bu il Vergilər Nazirliyi 7 milyard 645 milyon manat, DGK 2 mlrd 250 mln manat vergi və rüsum toplamalıdır.
Ekspertlərin fikrincə, dövlət büdcəsinə mədaxilin artması üçün ciddi potensial var. Məsələn, istisadçı Qubad İbadoğlu hesablayıb ki, təkcə 10 iri ticarət tərəfdaşı üzrə 1015-ci ildə qeydiyyatdan kənarlaşdırılmış idxal əməliyyatlarından dövlət büdcəsi orta hesabla 741,4 milyon dollar - hazırkı məzənnə ilə 1,3 milyard manat itirib. 08B--
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev Franklin Templeton şirkətinin baş direktoru və prezidenti Ceni Consonu qəbul edərək, strateji əməkdaşlıq imkanlarını müzakirə etdi. Franklin Templeton dünyanın aparıcı aktivlərin idarə edilməsi şirkətlərindən biridir.
-
2024-cü ildə Azərbaycanda elektrik enerjisi istehsalı 28 394,1 milyon kilovat-saat (kVt·st) təşkil edib. Bu barədə Energetika Nazirliyinin operativ məlumatlarında bildirilir.
-
Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası çərşənbə axşamı Bakıda başlayıb. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın yüksək vəzifəli nümayəndələri iştirak edirlər. Tədbirə həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU), Gürcüstan və Macarıstan gömrük xidmətlərinin nümayəndələri də qatılıb.
-
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin mühüm halqası olaraq, 2024-cü ildə 7,6 milyon ton yük qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 3,2% artım deməkdir. Bu artım limanın qlobal ticarətdə artan rolunu və Çin, Türkiyə, Gürcüstan, İran və Rusiya kimi ölkələr üçün tranzit qovşağı kimi əhəmiyyətini vurğulayır.
Rəy yaz