«Kapital Bank» ASC buraxdığı istiqrazları istiqrazları vaxtından əvvəl aldı
“Kapital Bank” ASC 2014-cü ildə buraxılmış adlı, sənədsiz, faizli, təmin edilməmiş istiqrazları ləğv edib.
“Kapital Bank”ın Mətbuat katibi Pərviz Sədrəddinov Turan-a bildirib ki, istiqrazlar ümumi xəraclar üçün deyil, birjadan kənar satış üçün nəzərdə tutulmuşdur və hazırda likvidliyin yüksək olması səbəbilə ləğv edilib. Ona görə də bu istiqrazların ləğvi ümumi istiqraz bazarına təsir göstərməyəcək.
Bank 2014-cü ilin martında hər birinin nominal dəyəri 1000 manat olan 8 min istiqraz buraxıb. QK üzrə gəlirlilik illik 5,5% olub. Dövriyyə müddəti 3 ildir və 17 mart 2017-ci ilə kimi ödənilməli idi.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sözügedən istiqrazların ləğv edilməsi barədə qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edilib.
“Kapital Bank” ASC-nin nizamnamə kapitalı 185,8 mln manatdır. Banka “Pasha Holding” MMC (14 980 163 səhm, 99,86%) nəzarət edir. 19 837 səhm 180 fiziki şəxsə məxsusdur. -08B-
-
- Cəmiyyət
- 19 İyul 2016 12:44
-
- İqtisadiyyat
- 19 İyul 2016 13:28
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz