Otellərin vergi ödənişi 5,9% azalıb
2014-cü ildə Azərbaycandakı 535 otel və mehmanxana tipli obyekt dövlət büdcəsinə 28,2 mln manat vergi ödəyib. Buraya nömrələrin qiymətinə daxil olan ƏDV də daxildir.
Dövlətstatkomda Turan-a bildiriblər ki, ötən il qonaqların yerləşdirilməsi, yemək və içki satışı, müxtəlif tədbirlər üçün icarədən gəlirlər 10 mln manat artaraq 181 mln manata çatıb. Mehmanxanaların istismarı xərcləri 1,6 mln manat artaraq 147 mln manat təşkil edib.
Gəlirlər artsa da, mehmanxana xidməti göstərən obyektlərin vergi ödənişləri il ərzində 1 750 min manat və ya 5,9% azalıb.
DSK-ya görə, Azərbaycanda mehmanxanalarda 9 mindən çox şəxs işləyir. Ötən il onların sayı 750 nəfər artıb.
Otellər bir qayda olaraq maliyyə gsötəricilərini açıqlamır. Onların çoxu vergidən yayınmaq üçün ikili mühasibat aparır.
Bir neçə il əvvəl otel sahibləri otel biznesinə ƏDV-in ləğv edilməsi üçün kampaniya aparmışdı. 08B
-
- Cəmiyyət
- 10 İyul 2015 13:22
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:39
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz