Palata Azad Rəhimovun nazirliyində nöqsanlar aşkarlayıb
Bakı/24.11.17/Turan: Hesablama Palatası Gənclər və İdman Nazirliyində apardığı yoxlamalar zamanı pozuntular aşkar edib. Bu haqda palatanın məlumatında deyilir.
Palatanın məlumatına görə, audit Gənclər və İdman Nazirliyinə büdcədən ayrılmış 37203,5 min manat məbləğində vəsaiti əhatə edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, təqdim olunan büdcə proqnoz layihələrində nazirliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Müvafiq hesablamalar aparılmayıb, bəzi xərclər üzrə hesabat dövrünün icra rəqəmləri nəzərə alınmayıb. Nazirliyin əməl etməli olduğu bəzi qaydaları nəzərə almadığı üzə çıxıb.
""Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın, "Gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları"nın tələbləri pozulub", deyə Palatanın məlumatında bildirilir. Bəzi hallarda vəsaitlər normalarda nəzərdə tutulmayan istiqamətlərə yönləndirilib və xərclənib.
Palata hesab edir ki, nazirlik ölkə miqyaslı və beynəlxalq tədbirlərin sayını da düzgün proqnozlaşdırmayıb. Bu zaman Əmək Məcəlləsinin tələbləri gözlənilməyib, qanunvericiliyin imkan verdiyindən artıq məzuniyyət və müavinət haqqları ayrılıb və ödənilib. Staj dövründə olan işçilərə mükafat ödənilməsi halları da baş verib.
Təsərrüfat hesablı olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədilə ayrılmış maliyyə vəsaitlərinin hesabatları da qaydalara uyğun tərtib edilməyib.
İdmançılara göstərilməli olan müvafiq tibbi xidmətlər haqda normativ sənədlər də qaydasında hazırlanmayıb.
Palatanın məlumatında bildirilir ki, Gənclər və İdman Nazirliyi yol verilmiş nöqsanların əksər hissəsini audit dövründə aradan qaldırıb. Palata qərar verərkən bunu nəzərə alıb.
Qərar nazirliyə göndərilib. Müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin cəzalandırılması və görülmüş tədbirlər barədə palataya məlumat verilməsi nəzərdə tutulur.
Auditin nəticələri barədə Milli Məclisə də məlumat təqdim edilib.-0-
-
- Cəmiyyət
- 24 Noyabr 2017 10:25
-
- İqtisadiyyat
- 24 Noyabr 2017 11:45
İqtisadiyyat
-
Azərbaycan hökuməti 2024-cü il üçün dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə ümumilikdə 4,83 milyard manat (2,8 milyard dollar) vəsait ayırıb, Maliyyə Nazirliyi məlumat verib.
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar tarixində ölkənin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etmək məqsədilə iclas keçirdi. İclasda Bakı şəhəri və ətraf ərazilərindəki nəqliyyat problemlərinə diqqət çəkildi. Son illərdə infrastruktur sahəsində əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Əliyev şəhərin sürətlə artan əhalisi səbəbindən nəqliyyat sıxlığının hələ də böyüyən bir problem olduğunu vurğuladı.
-
Azərbaycan 2024-cü ili 37,16 milyard manat həcmində dövlət büdcəsi gəlirləri ilə tamamladı, bu isə proqnozları 2,1% üstələyərək 2023-cü illə müqayisədə 5,5% artımı əks etdirir. Büdcə xərcləri 37,72 milyard manat təşkil edərək 555,5 milyon manat məbləğində idarə olunan kəsirlə nəticələndi. Kəsirə baxmayaraq, hökumət, gözləniləndən daha yüksək qeyri-neft gəlirləri və ehtiyatlı xərclərin nəzarəti ilə maliyyə dayanıqlığını və resursların strateji bölgüsünü nümayiş etdirdi.
-
Maliyyə Nazirliyinin bazar ertəsi açıqladığı məlumatlara görə, 2025-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanın xarici dövlət borcu 5,16 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkənin 2024-cü il üzrə ÜDM-nin 6,9%-nə bərabərdir.
Rəy yaz