Sahibkarlar özlərini müdafiə olunmuş hiss etmirlər
Kiçik biznes nümayəndələri arasında sorğunun məqsədi onların problemlərini üzə çıxarmaq idi, bu barədə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib.
Çərşənbə axşamı “Kiçik biznesin inkişafına yardım” layihəsinin təqdimatında Bağırov qeyd edib ki, son ildə sahibkarlığın inkişafı haqqında çox sayda fərman və qərarların qəbul edilməsinə baxmayaraq, problemlər var.
“Sorğu iştirakçılarının sözlərinə görə, problemlərin əsas mənbəyi devalvasiya və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Amma daha bir səbəb var - orta və aşağı səviyyəli məmurların fərmanları və qərarları yerinə yetirməməsi.
Onlar deyirlər ki, tezliklə hər şey əvvəlki qaydalara qayıdacaq”, deyə Bağırov bildirib.
Sorğunun nəticələrini Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin direktoru İlkin Qarayev təqdim edib. Sorğu ölkənin bütün iqtisadi zonalarında 1000 sahibkar arasında aparılıb.
Suallar biznes sahəsindəki vəziyyətə, aparılan yoxlamalara, Milli Sahibkarlığa Yardım Fonduna, vergi və gömrük sisteminə və s. aid olub.
Beləliklə, rəyi soruşulanların 33,9%-i biznes sahəsindəki vəziyyəti “çox əlverişsiz” kimi qiymətləndirib, 27,9%-i “cavab verməyə çətinlik çəkib, 27,4%-i “əlverişsiz”, 10%-i “nə pis, nə yaxşı” adlandırıb və cəmi 0,8%-i bu vəziyyəti “əlverişli” adlandırıb.
Respondentlərin 47,3%-i ölkə rəhbərliyinin korrupsiyanın azalması üzrə addımlarından sonra yaxşılaşmalar hiss etmir, 36,8% hesab edir ki, vəziyyət qismən yaxşılaşıb, 13,6% cavab verməyə çətinlik çəkib və cəmi 2,3% vəziyyətin yaxşılaşdığını deyib.
Sahibkarların 32,7%-i onların fəaliyyəti sahəsində rəqabəti ədalətsiz hesab edir, 31,9% deyib ki, vəziyyət qismən ədalətsizdir, 17,7% qismən ədalətli hesab edir,17% cavab verməyə çətinlik çəkib, 0,7% rəqabəti tamamilə ədalətli adlandırıb.
Respondentlərin 20%-i bildirib ki, Milli Sahibkarlığa Yardım Fonduna kredit almaq üçün müraciət edib və bunun cəmi 31%-i (62 sahibkar) kredit ala bilib.
Sahibkarların 69,3%-i özünü məmur özbaşınalığından müdafiə olunmuş hesab etmir, 66,4% hesab edir ki, vergilərin miqdarı azaldılmalıdır, 59,7% bildirib ki, Azərbaycanda qanunları pozmadan bizneslə məşğul olmaq mümkün deyil.
Təqdimata yekun vuran Qarayev bildirib ki, təəssüf ki, kiçik biznes nümayəndələri indiyə qədər ölkə iqtisadiyyatında mühüm rol oynaya bilmir.
“Sahibkarların 97%-i orta və kiçik biznes kateqoriyasına aiddir. Amma ölkə ÜDM-də orta və kiçik biznesi payı 3%-ə belə çatmır, məşğuluqda 8%, ixracatda 2,5%-dir”, deyə o qeyd edib. -71D-
-
- Cəmiyyət
- 25 Oktyabr 2016 17:21
-
- Söz istəyirəm
- 25 Oktyabr 2016 17:59
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz