
- İqtisadiyyat
- 29 Dekabr 2015, 15:25
- 321
Sənaye istehsalının 90%-i Bakının payına düşür
Bu ilin on ayında Bakıda sənaye məhsullarının istehsal həcmi 19,9 milyard manat təşkil edib. Bu, müqayisəli qiymətlərlə ötən ilin eyni dövründəkindən 2,5 faiz çoxdur, deyə paytaxtın Statistika İdarəsində Turan-a bildiriblər.
Ölkədə istehsal edilən sənaye məhsullarının 90,5%-i Bakının payına düşür.
2014-cü ilin eyni dövründə bu göstərici 87% olub.
Neft konsorsiumları da daxil Bakının özəl müəssisələrində 15 mlrd 255 mln manat məbləğində məhsul istehsalı və sənaye xidməti göstəilib. 2014-cü ilin eyni dövründə bu göstərici 21 mlrd manat idi.
Qeyd edək ki, sənaye məhsullarının istehsal həcminin azalması 2013-cü ildən davam edir. 2013-cü ilin yanvar-noyabrında Bakının sənaye müəssisələri cari qiymətlərlə 27 mlrd manatlıq məhsul istehsal edib. 08B
-
- İqtisadiyyat
- 29 Dekabr 2015 15:02
-
- Siyasət
- 29 Dekabr 2015 16:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz