SOCAR və TOTAL «Abşeron» yatağının işlənməsi haqda çərçivə sazişi imzalayıblar
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və Fransanın TOTAL şirkəti noyabrın 21-də “Abşeron” yatağının işlənməsi prinsipləri haqda çərçivə sazişi imzalayıblar.
“Bakı görüşünün yekunları üzrə Abşeron” yatağının işlənməsi prinsipləri haqda çərçivə sazişini SOCAR rəhbəri Rövnəq Abdullayev və TOTAL-ın baş icraçı direktoru Patrik Puyanne imzalayıb”, - SOCAR-ın məlumatında deyilir.
Puyannenin sözlərinə görə, TOTAL Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
O həmçinin qeyd edib ki, şirkət Azərbaycanda neft-qaz əməliyyatlarına investisya qoyuluşunu davam etdirəcək.
Puyanne TOTAL-ın Azərbaycanda digər neft-qaz layihələrində, o cümlədən “Ümid” və “Babək” perspektiv yataqlarında iştirak imkanlarından maksumum istifadə etməyə hazır olduğunu bildirib.
SOCAR rəhbəri bildirib ki, “Abşeron” yatağında ilk istismar quyusunun qazılmasına 2017-ci ilin ortalarında başlanılacaq. Həmin yataqda ilk qazın hasilatına isə 2019-cu ilin III-IV rübündə başlanması planlaşdırılır.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilat pay bölgüsü haqda saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), TOTAL (40% - operator) və GDF Suez-dir (20%).
Müqavilə 30 il müddətinə bağlanıb.
İlk kəşfiyyat quyusunun qazılmasının yekunları ilə bağlı TOTAL 2011-ci ilin sentyabrında “Abşeron” yatağında 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində dəyərləndirilən qaz ehtiyatlarının olduğunu təsdiqləyib. “Abşeron” bloku Bakıdan 100 km. aralıda, 500 metr dərinlikdə yerləşir.–0--
-
- Dünyada
- 21 Noyabr 2016 23:44
-
- İqtisadiyyat
- 22 Noyabr 2016 08:30
İqtisadiyyat
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun rəhbərlik etdiyi araşdırma, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
-
Azərbaycan Dəmir Yolları QSC (ADY) 2025-ci ilin yanvar ayında 713,699 sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir, şirkət çərşənbə axşamı bildirib.
-
Ötən həftə Azərbaycan mediası pərakəndə çörək qiymətlərinin artacağı barədə məlumat yayıb, bu artımı məhsulun çəkisinin artmasına bağlayıb. Növbəti gün rəsmi bildirişdə hökumətin ölkədə çörək qiymət artımını sanksiyalaşdırmaq niyyətində olmadığı təsdiqlənib. Lakin, bu əsas qida məhsulunun qiymətinin artmasının başqa bir səbəbi ilə təhdid qalır.
Rəy yaz