SOCAR yanvar-sentyabrda neft hasilatını 8,7% azaldıb
SOCAR 2016-cı ilin yanvar-sentyabrında 5 mln 675,8 min ton neft çıxarıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azdır, deyə SOCAR məlumat verir.
2016-cı ilin sentyabrında şirkət 618,6 min ton neft çıxarıb.
2016-cı ilin yanvar-sentyabrında Azərbaycanda 31 mln 304,4 min ton (azalma 0,3%), o cümlədən sentyabrda 3 mln 113,3 min ton neft çıxarılıb.
2015-ci ildə SOCAR 8 mln 160,5 min ton, Azərbaycan üzrə 41 mln 689 min ton neft çıxarılıb. –12D--
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 12:04
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 12:43
İqtisadiyyat
-
2024-cü ildə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcmi azalmağa davam edib. Bu barədə RBC-nin araşdırdığı Qazaxıstan, Gürcüstan, Ermənistan və Azərbaycanın mərkəzi banklarının məlumatlarında bildirilir. Bank infrastrukturu və Zolotaya Korona, Unistream, Contact kimi pul köçürmə sistemləri vasitəsilə həyata keçirilən əməliyyatlar nəzərə alınaraq tərtib olunan rəqəmlər, 2022-ci ildəki artımdan sonra köçürmələrdə davamlı azalma tendensiyasını göstərir.
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
Rəy yaz