![Taxıl əkini sahələri 10,6% azalıb](https://turan.az/resized/media/2015/main/020500105441-750-500-resize.webp)
Taxıl əkini sahələri 10,6% azalıb
2014-cü ildə məhsul istehsalı üçün 1612,7 min hektar sahə əkin üçün istifadə edilib. Bu, ötən il yanvarın 1-i üçün torpaq balansı üzrə əkin yerinin 93,6 faizinə bərabərdir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.
Ötən il əlverişsiz hava və iqlim üzündən 55,7 min ha payızlıq əkin sahəsi məhv olub. Dənli və başqa kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı azalıb.
Bu il də vəziyyət yaxşı deyil. Yanvarın 1-dək 875,7 min ha (o cümlədən 537,2 min ha) sahədə dənli bitki əkilib. Bu, ötən ilkindən 10,6% azdır.
Ekspertlərin fikrincə, əgər fermerlər bu il də yaxşı məhsul əldə etməsə, taxıl idxalından asılılıq daha da artacaq. Azərbaycanda taxıla tələbat 3,8-4 mln tondur. Rəsmi məlumata görə, tələbatın 40%-i idxal hesabına təmin edilir. Taxıl Fondunun ehtiyatı 750 min tondur.
Torpaq balansına əsasən, çoxillik bitkilərin altında (meyvə, üzüm, özəl plantasiyalar) 151,2 min hektar torpaq var. 08В
-
- İqtisadiyyat
- 5 Fevral 2015 19:07
-
- Siyasət
- 5 Fevral 2015 23:01
İqtisadiyyat
-
Azərbaycan hökuməti sənaye və kənd təsərrüfatı zonalarına investisiyaları cəlb etmək səylərini artırır. 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) 31 yeni sahibkarlıq subyektinə rezident statusu, bir sahibkara isə qeyri-rezident statusu verib. Bu, ölkənin post-münaqişə bölgələrində və digər ərazilərində iqtisadi inkişafı sürətləndirmək istiqamətində yeni mərhələ hesab olunur.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq miqyasda üst axın (upstream) əməliyyatlarını genişləndirərək, qlobal portfelində strateji dəyişiklik həyata keçirir. Şirkətin İsrailin Tamar qaz yatağında 10%-lik və Abu-Dabidəki SARB və Umm Lulu dəniz neft layihələrində 3%-lik pay əldə etməsi, SOCAR-ın Azərbaycan sərhədlərindən kənardakı ambisiyalarının artdığını göstərir.
-
BP 2025-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 19 quyu qazmağı planlaşdırır və bununla da 2024-cü ildəki qazma fəaliyyətini eyni səviyyədə saxlayacaq. Bu barədə çərşənbə axşamı şirkətin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
-
Beynəlxalq Buruqçular Podratçılar Assosiasiyası (IADC) çərşənbə axşamı Bakıda illik "IADC Drilling Caspian" konfransına start verdi. Sənaye liderlərini bir araya gətirən tədbir neft və qaz yataqlarının qazılması sahəsində yeniliklər, eləcə də geotermal enerjinin artan rolu mövzusunda müzakirələrə həsr olunub.
Rəy yaz