Tehranda Azərbaycan, İran və Gürcüstan dəmir yollarının rəhbərləri görüşüb
Bu il noyabrın sonunadək Deutsche Bahn şirkəti (AFR) 41 konteynerdən ibarət test qatarını “Cənub-Qərb” marşrutu üzrə göndərəcək.
Qərar Tehranda Azərbaycan, İran, Gürcüstan dəmir yollarının rəhbərləri və “Deutsche Bahn” (DB) şirkətinin icraçı direktoru Andre Hempelin görüşündə qəbul edilib. Azərbaycan nümayəndə heyətinə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov başçılıq edir. Bu barədə Turan-a qurumun mətbuat xidmətindən bildirilıb.
Test qatarı, Rumıniyanın Konstanta limanından yola salınacaq və Tehrana 8 gün ərzində çatacaq. Konteynerlər Konstanta limanından gəmi ilə Gürcüstan limanına nəql edilərək, oradan dəmir yolu ilə Azərbaycanın Astara stansiyasına, Astaradan yük avtomobilləri ilə İranın Qəzvin stansiyasına yola salınacaq və oradan yenidən dəmir yolu vasitəsilə Tehrana çatdırılacaq.
Görüş iştirakçıları “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivlərini müzakirə ediblər, həmin marşrutla Hindistan və İran körfəzi ölkələrindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi mexanizmi ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qeyd olunub ki, “Cənub-Qərb” dəhlizi qeyd olunan istiqamətdə yüklərin nəql edilməsi üçün ən əlverişli marşrutdur. Almaniya şirkəti Avropadan irana, İran körfəzi ölkələri və Hindistana yüklərin nəql edilməsi zamanı bu marşrutdan istifadə edilməsində maraqlı olduqlarıını bildiriblər.
Səfər zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi görüşündə Astara (Azərbaycan) – Astara (İran) stansiyaları arasında dəmir yolunun və iki ölkə sərhəddində Astaraçay üzərində inşa edilən dəmir yol körpüsünün tikintisi ilə bağlı məlumat verib. Eyni zamanda İran tərəfi Astara stansiyasında inşa edilən yük terminalının texniki imkanlarını təqdim edib. 08D
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 11:43
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 11:56
İqtisadiyyat
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
-
Azərbaycan sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini sürətləndirir, rəqəmsal transformasiya və kibertəhlükəsizliyin gücləndirilməsinə diqqət yetirir. Hökumət insan kapitalının inkişafına və kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına resurs ayırır, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov yanvarın 30-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü “Məzun Günü” tədbirində bildirib.
Rəy yaz