
Bakı18.09.17//Turan: Bu ilin səkkiz ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 43,7 mırd. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,1% azdır, Dövlət Statistika Komitəsi məlumat verib.
Nominal qiymətlərdə ÜDM istehsalı təxminən 6,1 mlrd. manat artıb. Başqa sözlə, ÜDM-in real göstəricisi azalıb, dəyər ifadəsində artım göstəricisi isə "qiymət qabarması"nın nəticəsidir.
Rəsmi məlumatlara görə, neft-qaz sektorunda ÜDM istehsalı 7,6% azalıb, qeyri-neft sektorunda (27,4 mlrd. manat) 2,4%-lik artım qeydə alınıb.
2017-ci ilin yanvar-avqust aylarında adambaşına ÜDM 4,5 min manata yaxın təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 4,3% azdır.
Beynəlxalq ekspert hesablamalarına görə, Azərbaycanda istehsal edilən ÜDM-in ən azı 60%-i nəzərə alınmır, korrupsiya üçün "yem"ə çevrilir. Azərbaycan nəzərə alınmayan iqtisadiyyatın səviyyəsinə görə dünya üzrə liderdir.08D
Rəy yaz