ВР və tərəfdaşları AÇG-də hasilatı artıra bilib
ВР və tərəfdaşları 2016-cı ilin 9 ayında “Azəri-Çıraq-Günəşli” blokunda 23,76 mln ton neft çıxarıb. Bu barədə Turan-a hökumətdəki mənbələrdən məlum olub.
2015-ci ilin eyni dövründə bu göstərici 23,57 mln ton olub. Beləliklə, ВР 2011-ci ildən bəri ilk dəfə həcmi 190 min ton və ya 0,8% artırıb.
Turan-ın müsahibi deyib ki, ВР və tərəfdaşları buna nail omaq üçün quyulara 7,6 mlrd kubmetr səmt qazı vurub. “Azərbaycan tərəfinə daha az qaz verilib, amma buŞ dövlətin və şirkətlərin xeyrindəri”, -deyə mənbə bildirib.
2015-ci ildə AÇG-dən 31,3 mln ton neft çıxarılıb. Bu, 2014-cü ildəkindən 0,2 mln ton azdır. –12В--
-
- İqtisadiyyat
- 22 Oktyabr 2016 13:13
-
- İqtisadiyyat
- 22 Oktyabr 2016 13:20
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz