www.export.az portalı sahibkarlığa kömək edəcək
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məhsul və xidmətlərin ixrac portalının yaradıldığını bildirir.
www.export.az portalının məqsədi qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasıdır.
Portalın xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımından sahibkarlara dəstək mexanizmi olduğu bildirilir..
Saytın “kataloq” hissəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər haqqında ümumi məlumat, məhsulların ixrac olunduğu ölkələr, hədəf ölkələri, məhsulların kataloqu, şirkətlərin malik olduğu sertifikatlar və s. kimi məlumatlar əks olunub.
İstifadəçi qeydiyyatdan keçdikdən sonra öz şirkəti və məhsulları barədə məlumatı portala daxil edə və portalda yer alan başqa şirkətlər haqqında tam məlumat əldə edə bilər.
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın yaxın vaxtlarda rusdilli versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur. . --17D—
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 13:46
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 14:05
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
Rəy yaz