
Açıq mənbələrdən foto
Bakı/07.06.19/Turan: Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 8,75%-dən 8,5%-ə endirib.
Qərar iyunun 7-də qüvvəyə minir. Faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi 6.5% səviyyəsində müəyyən edilir.
İdarə heyəti qərarını aşağı inflyasiya prosesləri, əlverişli xarici vəziyyət və makroiqtisadi proqnozlarla izah edib.
Qeyd edək ki, 2019-cu ildə Mərkəzi Bank uçot dərəcəsini dördüncü dəfə azaldıb.
Fevralın 1-də dərəcə 9,75%-dən 9,25%-ə, martın 15-də 9,25%-dən 9%-ə, iyunun 26-da isə 9%-dən 8,75%-ə azaldılıb.
2018-ci ildə isə uçot dərəcəsi 4 dəfə - 15%-dən 9,75%-dək azaldılıb. -71D-
Rəy yaz