
Dollar və avronun məzənnəsi cüzi artıb
Bakı/10.10.17/Turan: Çərşənbə axşamı Mərkəzi Bankın valyuta hərracında dolların məzənnəsi cüzi artaraq 1,7002 manatdan 1,7003 manata yüksəlib.
Kommersiya bankları dolları 1,69-1,70 manat civarında alır, 1,7020-1,7050 manata satır.
Oktyabrın 10-da avronun da məzənnəsi cüzi artaraq 1,9953 manatdan 2,0011 manata yüksəlib.
Kommersiya banklarında avronu 2,0150-2,0300 manata almaq, 1,9511-2,0030 manata satmaq olar. -71D-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz