“Mobil Şöbə” əlavəsi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürmək mümkün oldu!
Bakı, 06 aprel 2020.
Bank Respublika, evdən çıxmadan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradaraq, növbəti dəfə koronovirus infeksiyası ilə mübarizə təşəbbüsünü dəstəklədi.
Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürə biləcəklər.
Köçürməni ödəniş kartı və ya bank hesabı ilə etmək mümkündür.
Bundan başqa, Mobil Şöbə əlavəsinin üstünlüklərindən biri də istənilən yerli bankın kartını əlavə etmək və ödəniş etmək imkanıdır. Bununla da, müştərilər, Mobil Şöbə əlavəsi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edə biləcək.
Koronavirus infeksiyasının yayılması ilə əlaqədar, sağlamlıq risklərini nəzərə alaraq, Bank Respublika müştərilərə onlayn xidmət kanalları vasitəsilə bank əməliyyatlarını həyata keçirmələrini tövsiyə edir. Bu məqsədlə Bank, fiziki şəxslər üçün – “Mobil Şöbə” və “İnternet Şöbə”, eləcə də hüquqi şəxslər üçün “İnternet Ofis” kimi bir sıra imkanlar təklif edir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
-
- İqtisadiyyat
- 6 Aprel 2020 11:50
-
- Siyasət
- 6 Aprel 2020 12:01
Maliyyə
-
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarına (BOKT) gündəlik kreditlər vermək imkanı yaratsa da, bu növ kreditləşmənin sürətli inkişafında maraqlı deyil.
-
2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 6,3 dəfə azalıb.
-
2024-сü ilin sonuna Azərbaycanda təxminən 150 min bank əmanətçisi olub.
-
“Kapitalbank” fevralın 25-də, saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Rəy yaz