![Amerikalı repçi Azərbaycanda konsert verib](https://turan.az/resized/media/2018/main/102200014192-750-500-resize.webp)
Amerikalı repçi Azərbaycanda konsert verib
Bakı/22.10.18/Turan: ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Baltimor şəhərindən olan repçi, musiqiçi və sahibkar Vördsmis ilk dəfə Azərbaycana səfər edib. Vördsmis və onun qrupu ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edib.
Unikal repçi, qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycan ictimaiyyəti qarşısında çıxış edib. Azərbaycan tamaşaçıları və repsevərlər onu səhnədə alqışlarla qarşılyıb.
Məşhur repçi səhnəni Azərbaycanlı məsləkdaşlarları ilə də bölüşüb.
Vördsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli müsiqi ilə təmin edərək məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.
Morqan Dövlət Universitetində futbol oynamaq üçün tam idman təqaüdünü qazanmasına baxmayaraq, Solsberi Universitetinə keçirilib, bu isə Vördsmisin diqqətini əyləncə sferasına cəlb edib. O, təhsilini Teatr Sənəti üzrə bakalavr dərəcəsi ilə tamamlayıb. Vördsmis 2018-ci ili Marin Alsop və Baltimor simfonik orkestri ilə birlikdə "Heyvanların Karnavalı" üçün hip-hop hekayəsinin təqdimatı ilə başlayıb. Onun xeyriyyəçi, müəllim və musiqiçi kimi göstərdiyi fəaliyyəti ona Afrika, İsrail, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və başqa ölkələrə səfər etməyə yol açıb. Dövlət Departamenti, Baltimor meriyası, "Keller Uilliams Realiti", "Open Dor Baltimor" və "Pleys" layihəsi Uorldsmisə şəhər gəncləri və evsizlərə yardım etməyə imkan verib.v-16B-
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz