Gəncədə Nuru Paşanın ev-muzeyi açılacaq
Bakı/28.01.19/Turan: Türkiyə hökuməti yanında Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) başçısı Serdar Çam dünən Nuru Paşanın Azərbaycanın Gəncə şəhərində yenidən qurulmuş ev-muzeyini ziyarət edib.
Muzey Şeyxzamanlı ailəsinin vaxtilə Qafqaz İslam Ordusunun komandan Nuru Paşanın yaşadığı evidir.
"Bu ev "Bir millət - iki dövlət" tezisinin ən yaxşı təsdiqlərindən biridir. Ev-muzeyin ekspozisiyası yeni nəsillərə müstəqilliyin və möhkəm ayaqda durmağın necə böyük xoşbəxtlik olduğunu danışacaq. Bu ev muzeyi ziyarət etdikdə çox təsirləndim", deyə Anadolu agentliyi Çamdan sitat gətirir.
Onun sözlərinə görə, ev-muzeyin açılış mərasimində iki ölkənin prezidentləri iştirak edəcək. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə olarkən Azərbaycan Respublikasının kəşfiyyat rəhbəri Nağı Şeyxzamanlının qonağı olub. Bundan sonra Nuru Paşa evdən qərargahı kimi istifadə edib.
Qafqaz İslam Ordusunun komandanı, türk general Nuru Paşa 1918-ci ilin sentyabrında Bakı uğrunda döyüşlər zamanı Britaniya qoşunlarını, habelə Sentrokaspi Diktaturasının silahlı birləşmələrini və bolşevik qüvvələrini şəhərdən çıxarıb.
Bunun sayəsində Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. -02D-
-
- Bazarların icmalı
- 28 Yanvar 2019 11:23
Mədəniyyət
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
Rəy yaz