- Mədəniyyət
- 11 İyul 2018, 13:38
- 127
�Hərə olduğu kimi gözəldir� yeni quruluşda təqdim olundu
Bakı/11.07.18/Turan: Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümə yeni tamaşa ilə yekun vurdu. İyulun 10-da teatrda Arzu Soltanın "Hərə olduğu kimi gözəldir" pyesi əsasında rejissor İlhamə Əhmədovanın yeni quruluş verdiyi tamaşaya ictimai baxış keçirildi.
Cəmiyyətdə hər kəsin bərabər münasibətə layiq olması, fərqlilərin inteqrasiyasının önəmi kimi aktuallığını itirməyən mövzuya həsr olunan tamaşa yeni mövsümdə balacalrın görüşünə gələcək.
Tamaşada rolları əməkdar artist Əliqulu Səmədov, aktyorlar Sovqat Səmədova, Ədalət Ağaverdizadə, Gülər Ləzgiyeva, Rəfael Muradxanlı, Günay Pirizadə, Gülnarə Abbasova, Gülnar Məmmədova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Novruzov, Qurban Əhmədov ifa edir. Rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Mahir İbrahimli, rəqslərin quruluşu Könül Şahbazova, teatrın bədii rəhbəri-direktoru respublikanın əməkdar artisti İntiqam Soltandır.
-
- İqtisadiyyat
- 11 İyul 2018 13:14
-
- İqtisadiyyat
- 11 İyul 2018 14:06
Mədəniyyət
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 154
-
- Bazarların icmalı,
- 14:22
- 175
Rəy yaz