Ölkə üzrə turizm obyektləri və muzeylər bağlanıb
Bakı/14.03.20/Turan: Nazirlər Kabineti yanında Əməliyyat qərargahının qərarı ilə bu gündən ölkə daxilindəki turizm obyektləri bağlanıb.
Azərbaycan Dövlət Agentliyi Turizm bildirir ki, Əməliyyat qərargahının növbəti qərarına qədər aşağıdakı mədəniyyət obyektləri ziyarət üçün bağlanacaq:
Atəşgah Tarix-Memarlıq Qoruğu; “Yanardağ” Təbiət Qoruğu; “Yuxarı Baş” Memarlıq Qoruğu; Şəki Xanları Sarayı; Şəkixanovların Ev Muzeyi; Şəki Diyarşünaslıq Muzeyi; Şəki Xalq-Tətbiqi Sənətl Muzeyi; Şəki İncəsənət Qalereyası; “Kiş” Qoruğu və Alban kilsəsi.
Martın 14-dən Bakıda İçərişəhərdəki muzeylərin işi dayandırılıb: Şirvanşahlar Saray Kompleksi; Qız Qalası; “Qala” Qoruğu; Bakı Fotoqrafiya Evi; Marionet Teatrı və bir sıra digər obyektlər.
Həmçinin paytaxtda və ondan kənarda digər muzeylərin və turistlərin kütləvi ziyarət obyektlərinin fəaliyyəti dayandırılıb. Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına əsasən həmin obyektlərdə dezinfeksiya işləri aparılacaq.02D-
Mədəniyyət
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
Rəy yaz